“Ronaldo Ançelottinin Braziliya milli komandasına rəhbərlik etməsini istəyir” — KİV


““Real Madrid”in və “Milan”ın sabiq hücumçusu Ronaldo italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasının tərəfdarıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ronaldo 2026-cı ilin martında Braziliya Futbol Federasiyasının prezidenti postuna namizəd olmaq niyyətindədir:
“Keçmiş hücumçu seçiləcəyi təqdirdə əla münasibətdə olduğu Ançelottini milliyə dəvət edəcəyinə ümid edir.
Hazırda tərəflər arasında heç bir əlaqə olmayıb. Ronaldonun məqsədi Ançelottinin “Real Madrid”dəki işini atıb Braziliya millisinə gəlməyi deyil. 65 yaşlı mütəxəssisin kral klubundan çıxacağı və ya onunla müqaviləsi başa çatacağı təqdirdə Braziliya millisinə dəvət ediləcəyi gözlənilir. Ançelottinin klub ilə hazırkı əmək müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir”.

DİGƏR XƏBƏRLƏR

Top