
ABŞ Prezidenti Donald Tramp “Twitter”ə qarşı qaldırdığı iddiadan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məhkəmə bildirişinə istinadən məlumat yayıb.
Xatırladaq ki, 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan sonra əksər media platformaları Trampın hesablarını “ləğv etdi” və bu, onu “Twitter”, “Facebook” və “Google”a qarşı iddia qaldırmağa vadar edib.
Amerika Prezidenti seçildikdən sonra bütün bu şirkətlərin rəhbərləri ilə əlverişli razılaşmalar əldə edib. Siyasətçinin əksər hesabları bərpa olunsa da, 21 fevral 2022-ci il tarixindən etibarən onun əksər nəşrləri yaratdığı “Truth Social” sosial şəbəkəsində yerləşdirilib. 2022-ci ilin oktyabrında İlon Mask “Twitter” sosial şəbəkəsini satın alıb və sonra onun adını “X” qoyub. Tramp təxminən iki il sonra, 2023-cü ilin martında “X”ə qayıdıb.