
“Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms əvvəllər yalnız NBA-in məşhur oyunçusu Maykl Cordanın 40 yaşı tamam olduqdan sonra əldə etdiyi rekordu təkrarlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu rekorda son müntəzəm mövsümdə NBA-də “Qolden Steyt Uorriors”la matçda (120:112) nail olub.
Belə ki, görüşü 42 xal, 17 ribaund və 8 məhsuldar ötürmə ilə tamamlayan L.Ceyms 40 yaşdan yuxarı oyunçular arasında bir görüşdə bu göstəriciyə çatan ikinci basketbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Maykl Cordan 2003-cü ilin fevralında “Nyu Cersi” ilə oyunda 43 xal toplayıb. Məşhur basketbolçu o vaxt “Vaşinqton Uizards” komandasının oyunçusu idi.