
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.
Yeniavaz.com xəbər verir ki, mükafat səfirə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin ikinci ildönümü ilə bağlı keçirilən mərasimdə təqdim olunub.
Ərdoğan dağıdıcı zəlzələdən sonra ilk yardım göndərən Azərbaycana təşəkkürünü bildirib:
“Özüm və xalqım adından dərin minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, 6 fevral 2023-cü ildə Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib, 11 əyalət və qonşu ölkələrə təsir edib. Bu yeraltı təkanlar 53 537 nəfərin həyatına son qoyub, 107 000-dən çox insan yaralanıb.