Zaxarova Bakıdakı “Rus Evi”ndən danışdı


“Rusiya Bakıda Rus Mədəniyyət Mərkəzinin (“Rus Evi”) qeydiyyatı ilə bağlı vəziyyətin müsbət şəkildə həll olunacağını gözləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat təsdiqləyib ki, Moskva “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan tərəfdən bildiriş alıb:
“Buna cavab olaraq Rusiya tərəfi “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi tədbirlər görməyə və bunu təbii ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirməyə hazır olduğunu bildirib. Biz bu məsələnin müvafiq məsləhətləşmələr çərçivəsində diplomatik kanallar vasitəsilə müzakirəsini dəfələrlə təklif etmişik. Bu təkliflər yazılı şəkildə Azərbaycan tərəfinə də göndərilib. Ona görə də bu məsələnin müsbət şəkildə həll olunacağını gözləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top