
İsrail Qəzza zolağında İran dövlət televiziya və radio şirkətinin müxbirini əsir götürüb.
Yeniavaz.com ISNA agentliyinə istinadla xəbər verir ki, bu barədə teleradio şirkətinin rəhbəri Peyman Cəbali məlumat verib.
“Bizdə olan məlumata görə, bu jurnalist sionist rejim tərəfindən (İsrail nəzərdə tutulur – red.) əsir götürülüb. Ailəsi geniş təbliğat istəmədiyi üçün o, hələ də rejimin əsirliyindədir. Ancaq o, Qəzzada deyil, işğal olunmuş ərazilərdədir (İranda İsrail ərazisi belə adlanır – red.) Ümid edirik ki, o, tezliklə azad olunacaq”, - şirkətin rəhbəri bildirib.