Zelenski Polşaya getdi


Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya gedib.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Onun sözlərinə görə, Zelenski Osvensim həbs düşərgəsinin azad olunmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Həmçinin, Ukrayna liderinin səfər proqramı çərşivəsində bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Bu görüşlərə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Fransa Prezidenti Emmanuel Makronla görüşlər də daxildir.

DİGƏR XƏBƏRLƏR

Top