Gürcüstanda keçmiş baş nazir hücuma məruz qaldı


Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan Naminə” müxalifət partiyasının lideri Giorgi Qaxariya Batumidə oteldə hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında Gürcüstanın Batumi şəhərindəki “Şeraton” otelində baş verib. 
Üz nahiyəsindən xəsarət alan Qaxariya xəstəxanaya yerləşdirilib, müayinə olunub və artıq evə buraxılıb.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin “Zorakılıq” maddəsi ilə (126-cı maddə) cinayət işi açıb.
Müxalif “Mtavari Arxi” telekanalının məlumatına görə, Qaxariyaya hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından olan Gürcüstan parlamentinin deputatı Dmitri Samxaradze, Acarıstanın iqtisadiyyat və maliyyə nazirinin müavini Georgi Manvelidze, o cümlədən hakim partiyadan olan digər deputat Varlam Liparteliani hücum edib.

DİGƏR XƏBƏRLƏR

Top