
ABŞ-nin müdafiə naziri Lloyd Austin ABŞ hökumətinə daha əvvəl planlaşdırılan illik müdafiə xərclərini 50 milyard dollar artırmağı və yaxın bir neçə ildə ölkənin müdafiə büdcəsini 1 trilyon dollardan çox artırmağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ağ Evin İdarəetmə və Büdcə Ofisinə göndərdiyi məktubda müvafiq tövsiyələri açıqlayıb.
Sənədə əsasən, Ostin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasına müdafiə xərclərini artırmaq üçün beş illik plan təklif edib. 2026-cı maliyyə ilində müdafiə ehtiyacları üçün əvvəllər planlaşdırılan 876,8 milyard dollar əvəzinə 926,5 milyard dollar ayrılmasını məqsədəuyğun hesab edib. Plan, 2027-ci maliyyə ilində 1 trilyon dolları ötməli olan müdafiə xərclərinin ardıcıl artımını nəzərdə tutur, baxmayaraq ki, əvvəllər bu müddət ərzində bu məqsədlər üçün 913,5 milyard dollar xərclənməsi planlaşdırılıb.