47 minə yaxın istehlakçı Kaliforniyada işıqsız qaldı


Kaliforniyada davam edən meşə yanğınları səbəbindən 46 min 800-dən çox istehlakçı işıqsız qalıb.
Yeniavaz.com
xəbər verir ki, bunu poweroutage.us monitorinq resursunun məlumatları göstərir.
Bildirilib ki, onlardan 32 mindən çoxu təkcə Los-Ancelesdədir.
Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın 12 300-dən çox evi, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib. Son məlumatlara görə, 24 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top