
“Mənə suallar verən xanım əvvəldən çox kobud idi, baxmayaraq ki, mən çox yaxşı ingiliscə danışıram və hər şeyi başa düşürəm”.
Yeniavaz.com xəbər verir ki, bunu stüardessa ilə mübahisə etdiyi üçün ABŞ-yə uçan təyyarədən çıxarılan keçmiş UFC (Ultimate Fighting Championship) titulunun sahibi, rusiyalı idmançı Həbib Nurməhəmmədov öz sosial media hesabında yazıb.
İdmançı bildirib ki,o, kömək etməyə razı olub:
“Yenə də məni oturduğum yerdən çıxarmaqda israrlı idi. Bunun üçün əsas nə idi? İrqi, milli və ya digər səbəblər, əmin deyiləm.
Amma 2 dəqiqəlik söhbətdən sonra mühafizəyə zəng etdi və mən bu təyyarədən endirildim. 1,5 saatdan sonra başqa bir aviaşirkətə məxsus təyyarə ilə yola düşdüm.
Kadrlarda da göründüyü kimi, sakit qalmaq qalmaq üçün əlimdən gələni etdim və qarşımdakına hörmətsizlik etmədim. Ancaq bu ekipaj üzvləri növbəti dəfə daha yaxşı iş görə bilər və müştərilərlə yaxşı davrana bilərlər”, - Həbib Nurməhəmmədov yazıb.