
Ötən il 249 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xidmətin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, həmçinin 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.
“2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - məlumatda deyilir.