
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.