
2023-cü ilin oktyabrında döyüşlər başlayandan bəri Qəzza zolağında İsrail qüvvələri tərəfindən 45,9 minə yaxın fələstinli öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“İsrail ordusunun 2023-cü ilin oktyabrından bu yana Qəzzada öldürdüyü fələstinlilərin sayı 45 min 885, yaralanan fələstinlilərin sayı 109 min 196 nəfərə yüksəlib”, - nazirlik bildirib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, son 24 saat ərzində anklavda İsrailin atəşə tutması və bombalaması nəticəsində 31 nəfər ölüb, 57 nəfər yaralanıb.