50 000-dən çox insan “Google Play”dən casus proqramı endirib


İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər “Google Play”də “iRecorder-Screen Recorder” adlı şübhəli proqram aşkar ediblər.
Yeniavaz.com
“Ars Technica” saytına istinadən bildirir ki, ESET informasiya təhlükəsizliyi şirkətinin mütəxəssisləri “iRecorder-Screen Recorder” tətbiqinin 2021-ci ilin sentyabrında “Google Play”ə yükləndiyini müəyyən ediblər. İlk zamanlar tətbiqin casus funksiyaları olmayıb. Casus funksiyası 2022-ci ilin avqustunda ortaya çıxıb. Mütəxəssislərin fikrincə, yenilənmə ilə yanaşı proqrama “AhRat” troyan virusu da yoluxub.
Proqramın quraşdırma zamanı istifadəçilərdən audio yazmaq və fayllara daxil olmaq üçün icazə istəməsi məlumdur; bu, istifadəçilərdə heç bir şübhə yaratmadı, çünki proqramın ekrandan video və audio yazmaq üçün bu imkanları olmalıdır.
Proqram istifadəçilərin yer məlumatlarını, zəng qeydlərini, kontaktlarını, mətn mesajlarını, fotoşəkilləri, mikrofon fon səsini toplamaq və onlara ötürmək üçün geniş imkanlara malik olub.
Proqramın troyanla yoluxduğu aşkar edildikdə, o, “Google Play”dən silinib. Lakin, silinənə qədər 50 000-dən çox insan onu endirib. 
Mütəxəssislər bildirirlər ki, əgər kimsə səhvən bu proqramı endiribsə, dərhal silsinlər.

 

DİGƏR XƏBƏRLƏR

Top