İranın “Mehr” agentliyi Prezident İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.
Yeniavaz.com xəbər verir ki, “Mehr” agentliyinin yaydığı yeni məlumatda axtarış xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Əvvəlki məlumatda "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
***17:45
Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Bildirilir ki, onlar avtomobillə Təbrizə yola düşüblər.
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəza eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilir ki, İran Prezidentinin olduğu helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında sərt eniş edib və onun göyərtəsində xarici işlər naziri də olub.