Sərhədi keçmək istəyən 10 Azərbaycan vətəndaşı saxlanıldı


Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, may ayının 15-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
“Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top