Ermənistanda hakim partiya müxalifətlə danışıqlar apardı


Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələrinin təşəbbüsü ilə müxalif “Vətən uğrunda Tavuş” hərəkatının üzvləri arasında danışıqlar aparılıb.
Yeniavaz.com
“Sputnik Amenia”ya istinadla xəbər verir ki, bu barədə “Vətən üçün Tavuş” hərəkatının liderlərindən, politoloq Suren Petrosyan jurnalistlərlə söhbətində məlumat verib.
O, bu təşəbbüsün tərəflər arasında maneələri aradan qaldırmaq məqsədi daşıdığını vurğulayıb.
“Bizim məqsədimiz qarşıdurma deyil, barışıqdır. Biz barrikadaları dağıtmağa çalışırıq, onların əks tərəfində dayanmırıq”, - deyə Petrosyan bildirib.
Qeyd edək ki, mayın 9-da Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib.
Etiraz hərəkatı aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdikdən sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top