İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Prezident və Birinci vitse-prezident Heydər Əliyevin xatirəsini yad ediblər.
Dövlət başçısı və birinci xanım Heydər Əliyevin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.






DİGƏR XƏBƏRLƏR

Top