ABŞ 37 Çin şirkətinə sankiya tətbiq etdi


ABŞ 37 Çin şirkətinə Rusiyaya ixrac məhdudiyyətlərinə məruz qalan mallar tədarük etdiyi iddiası ilə sanksiya tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun bəyanatında qeyd edilib.
Sənəddə qeyd olunur ki, 26 şirkət Rusiyaya ixrac məhdudiyyətlərinə məruz qalan mal tədarükündə iştiraka görə “qara siyahıya” salınıb.
“Bu cür hərəkətlər ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarına ziddir”, - bəyanatda bildirilib.
Digər tərəfdən, 2023-cü ilin fevralında ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə insidentdə iştirak etdiyi iddia edilən daha 8 Çin şirkəti də sanksiya siyahısında yer alıb.
Siyahıya həmçinin analoji şarların yaradılması üçün Çin proqramına dəstək verən daha üç şirkət daxil edilib.
ABŞ Ticarət Nazirliyinin bəyanatı federal hökumətin rəsmi sənədlər toplusunda yerləşdirilib.
Bəyanata görə, həmçinin qara siyahıya düşən bütün şirkətlərə Amerikanın yüksək texnologiyalı məhsullarını almaq üçün lisenziya verilməsi qadağan ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top