Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul etməyə hazırlaşır


Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə üçüncü ölkələrə təkrar ixracına məhdudiyyətlərin və LNG istehsalına qarşı tədbirlərin hazırlandığını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, Estoniyadan olan Avropa komissarı vurğulayıb ki, bu məhdudiyyətlər Aİ-nin 27-28 iyunda keçiriləcək sammitində təsdiq edilməlidir.
“Mən 14-cü paketin yekdilliklə təsdiqlənməsi perspektivinə nikbin baxıram, lakin bütün bunlar yalnız Avropa Şurasında baş verə bilər”, - Simson Estoniya dövlət televiziya ERR-ə müsahibəsində bildirib.
Simson əlavə edib ki, Avropa Komissiyası Rusiyanın LNG ixracından gələcək gəlirlərini sarsıtmağa cəhd etmək niyyətindədir:
“Rusiya öz təbii qazı üçün yeni bazarlar axtarır və LNG istehsal gücünü artırmaq istəyir, lakin biz onun texnologiya və maliyyə imkanlarına çıxışını məhdudlaşdıracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top