Zelenski Zalujnını Böyük Britaniya səfiri təyin etdi


Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Daha əvvəl isə Zelenski Zalujnını səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırıb.
Xatırladaq ki, Zalujnı fevralın 8-də Ukrayna ordusunun baş komandanı vəzifəsindən azad edilib. O zaman Ukrayna mediası və analitikləri onu Zelenskinin prezident seçkilərində əsas rəqibi adlandırırdılar. Ali baş komandanın istefasından sonra müxalifət prezidentin qərarını tənqid edib, Zelenski özü isə bunu cəbhədəki durğunluq və generalların yenidən təyin edilməsi zərurəti ilə izah edib.

DİGƏR XƏBƏRLƏR

Top