Moskvada Qələbə Paradı keçirildi – Fotolar


Moskvanın Qırmızı Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibəti ilə Qələbə Paradı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, paradı mərkəzi tribunadan Rusiya Prezidenti Vladimir Putin qəbul edib.
Ənənəyə görə, parada döyüş veteranları və Böyük Vətən Müharibəsi iştirakçıları dəvət olunub.
Paradda 9 mindən çox hərbçi, 75 hərbi texnika, eləcə də, aviasiya iştirak edib.
Parada Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov rəhbərlik edib.
Putinlə birlikdə tədbirdə Belarus, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Laos, Qvineya-Bisau və Kuba liderləri də iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top