“Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir” – Putin


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu, liderlərin 2023-cü ilin dekabrından bəri ilk görüşüdür.
Kreml qeyd edir ki, son görüşdən bəri Putinlə Paşinyan arasında faktiki olaraq heç bir əlaqə olmayıb, ona görə də bugünkü söhbət xüsusilə vacibdir.
Görüşdə Vladimir Putin Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib:
“İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir. Biz həmişə ilk növbədə iqtisadi əməkdaşlığa diqqət yetiririk”.

DİGƏR XƏBƏRLƏR

Top