Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq


Britaniya hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxaracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, bunu Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən Krallığın daxili işlər naziri Ceyms Kleverli bəyan edib. O, bu addımı Londonun Moskvaya “güclü çəkindirici siqnalı” adlandırıb.
Daxili işlər nazirinin sözlərinə görə, müvafiq qərar Rusiyanın bütün Avropa və Böyük Britaniyadakı pozuculuq fəaliyyətinə reaksiyadır.
“Biz hərbi kəşfiyyat xidmətinin üzvü olan Rusiya hərbi attaşesini ölkədən çıxaracağıq. Biz Böyük Britaniyada Rusiya ilə bağlı bəzi mülklərin diplomatik statusunu ləğv edəcəyik. Biz Rusiyaya diplomatik vizalarının verilməsinə, o cümlədən rusiyalı diplomatların Böyük Britaniyada qalma müddətinin məhdudlaşdırılmasına yeni məhdudiyyətlər tətbiq edəcəyik”, - nazir parlamentdə deyib.
Nazirin sözlərinə görə, yeni məhdudiyyətlər Rusiya xüsusi xidmət orqanlarının krallıqda fəaliyyət göstərmək imkanlarını məhdudlaşdıracaq.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi Daxili İşlər Nazirliyi rəhbərinin açıqlamalarını şərh etməyib.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova isə Moskvanın Britaniyanın hərəkətlərinə adekvat cavab verəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top