Rəsmi Moskvadan Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünə reaksiya


“Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqi üçün yardım göstərməkdə davam etməyə hazırıq”, - Zaxarova bildirib.
O xatırladıb ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Zaxarova əlavə edib ki, danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək. Danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı respublika Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top