Amerika administrasiyası ABŞ-nin Moskvadakı səfirliyinin nümayəndələrinə Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməyi tapşırıb.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ bununla Ukraynada keçirilən müharibəyə etiraz edib:
“Düşünürəm ki, biz özümüzü açıq şəkildə ifadə etmişik, əlavə edəcəyim heç nə yoxdur”.