Lukaşenko taktiki nüvə silahlarının yoxlanışının başlanmasına göstəriş verdi


Belarus Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə qeyri-strateji (taktiki) nüvə silahlarının daşıyıcı nəqliyyat vasitələrinin qəfil yoxlanışına başlanıldığını açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko yoxlamanın aparılması barədə göstəriş verib.
“İsgəndər” əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrinin eskadrilyası qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırdır. Taktiki nüvə silahı ilə zərbələrin planlaşdırılması, hazırlanması və tətbiqindən tutmuş bütün fəaliyyət spektrini yoxlamaq planlaşdırılır”, - ölkənin müdafiə naziri Viktor Xrenin bildirib.
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Guleviç bildirib ki, yoxlama zamanı aviasiya qüvvələrinin və vasitələrinin bir hissəsi alternativ aerodroma köçürülüb. Texniki heyətin köçürülməsindən sonra qeyri-strateji nüvə silahlarından istifadə üçün hazırlıq işlərinə başlamaq planlaşdırılır.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin sözlərinə görə, nüvə silahının çatdırılma maşınlarına tədarükü məsələsinin də işlənməsi planlaşdırılır. O, yoxlama qərarını ilk növbədə Belarus ətrafındakı hərbi-siyasi vəziyyətlə izah edib. O, bu yoxlamanın Rusiya Federasiyasından olan həmkarlarının qeyri-strateji nüvə silahlarının istifadəsi ilə bağlı həyata keçirdiyi fəaliyyətlər fonunda planlaşdırılıb və onlarla sinxronlaşdırıldığını izah edib.

DİGƏR XƏBƏRLƏR

Top