Paşinyan “hörmətsizlik edən” Rusiya kanallarının bağlanacağını açıqladı


“Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“İmzalanmış müqavilələrə əsasən, biz Rusiya kanallarından Ermənistana və onun maraqlarına hörmət etməyi xahiş edirik. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslanaraq, bunu bir neçə dəfə tələb etməyə hazırıq, əgər yeddinci dəfədən sonra bizim tələbimiz yerinə yetirilmirsə, o zaman bütün bu kanallar bağlanmalı və onların Ermənistanda yayımı dayandırılmalıdır”, - Paşinyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top