Azərbaycan və Slovakiya arasında müdafiə sahəsində saziş imzalandı


Prezident İlham Əliyev və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev və Baş nazir Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.
Həmçinin müdafiə naziri Zakir Həsənov və Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top