Ermənistanda çəkilən kadrlardakı şəxs Azərbaycan hərbçisidir? – Video


Sosial şəbəkələrin Ermənistan seqmentində Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar və kadrlar yayılıb. Kadrlarda kənd ərazisində hərbi geyimdə bir şəxsin dayandığı müşahidə olunur. Erməni sosial şəbək istifadəçiləri sözügedən hərbçinin Azərbaycan xüsusi təyinatlıısı olduğunu iddia ediblər.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, kadrlardakı şəxs Ermənistanın xüsusi təyinatlı dəstəsinin əsgəridir.
“Sizi yalan və dezinformasiya yaymaqdan çəkinməyə çağırırıq”, - Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Sözügedən kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top