İsrail Rəfahda hərbi əməliyyatı davam etdirəcək


İsrail hərbi kabineti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
“Hərbi kabinet yekdilliklə qərar verib ki, İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - məlumatda deyilir.
Eyni zamanda, ofis İsrailin Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top