HƏMAS atəşkəs təklifi ilə razılaşdı


Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında atəşkəsin yaradılması üçün təklif etdikləri saziş layihəsini təsdiqlədikləri barədə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb.
Söhbət zamanı o vasitəçilərə bildirib ki, hərəkat vasitəçilərin təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləyir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top