“İrəvan Bakı ilə regionda ticarət yollarının açılması məsələsini müzakirə etmək istəyir” – Mirzoyan


Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının məhdudiyyətsiz açılması məsələsini müzakirə etmək niyyətindədir.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki. bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz nəqliyyat infrastrukturunu açmaq istərdik, amma hələlik ümumi razılıq yoxdur, amma əgər razılıq olsa, onda Ermənistanın niyyəti nəqliyyat infrastrukturu və ticarət yollarını heç bir məhdudiyyət olmadan açmaqdır”, - deyə Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoyulmasına və iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına istiqamətlənmiş konstruktiv danışıqları davam etdirməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Mirzoyan Ermənistan və Azərbaycanın 1991-ci il sərhədlərinin delimitasiya prosesinin həyata keçirilməsi və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas qəbul edilməsi ilə bağlı konsensusa yaxın oluğunu bildirmişdi.
Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top