Bölgələrə yağış, sulu qar, dolu yağıb – Faktiki hava


Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 Bildirilir ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astarada yağış, Şahdağda sulu qar yağıb.
Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.
Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

DİGƏR XƏBƏRLƏR

Top