“Qahirədə keçirilən görüşlərdə tərəflər konsensus əldə ediblər” – KİV


“Münaqişə tərəfləri Qəzza zolağında vəziyyətin nizamlanması üçün Qahirədə keçirilən məsləhətləşmələrdə bir çox mübahisəli məsələlər üzrə razılığa gəliblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilir ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda vasitəçilərdən biri olan Misir nümayəndə heyətinin dəstəyi ilə anklavda atəşkəs razılaşması ilə bağlı tərəflər bir çox mübahisəli məsələlərdə konsensus əldə ediblər.
“Əl-Ərəbiyyə” telekanalının mənbəsi qeyd edir ki, HƏMAS və İsrail tərəfi arasında razılaşma yeni maneələr ortaya çıxmayınca qaçılmazdır.

DİGƏR XƏBƏRLƏR

Top