ABŞ-də prezidentliyə namizəd NATO-nun genişlənməsinə qarşı çıxdı


ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedi NATO-nun genişlənməsinə qarşı çıxıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
“Mən NATO-nun genişlənməsinin, xüsusilə də Ukraynanın hesabına genişlənməsinin əleyhinəyəm”, - kiçik Kennedi bildirib.
Onun fikrincə, keçmiş sovet respublikasında baş verənlər “arzulanan” münaqişəni ifadə edir.
“NATO bir təşkilat kimi texnoloji inkişaf da daxil olmaqla bir çox səbəblərə görə sınaqdan keçirilməlidir”, - kiçik Kennedi deyib.
O, həmçinin NATO-nun hazırkı versiyasının heç bir mənası olmadığını bildirib.
“Əgər bu gün Rusiya və Çin hipersəs raketlərinə sahibdirsə, onda bir milyon Amerika əsgərini Atlantik okeanı boyunca yerləşdirmək nə qədər məntiqli ola bilər?” - prezidentliyə namizəd əlavə edib.
Siyasətçi həmçinin bildirib ki, Rusiya SSRİ-nin dağılmasından sonra Avropa İttifaqına qəbul edilməli idi.
“Biz Rusiyanı Qərbdə qarşılamalıydıq və onu Çinin əlinə verməməliydik”, - kiçik Kennedi deyib.
Qeyd edək ki, kiçik Pobert Kennedi ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin qardaşı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top