Tokayev Rusiyaya gedir


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 8-9-da Moskvaya səfər etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a müsahibəsində respublikanın Rusiyadakı səfiri Dauren Abayev bildirib.
“Prezidentlərimiz arasında görüşlər kifayət qədər mütəmadi olaraq keçirilir. Vladimir Putinin oktyabrda Qazaxıstana səfərindən sonra prezidentlərimiz artıq iki dəfə - Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) sammitlərində və Kazanda Gələcək Oyunlarda görüşüblər. İndi isə prezidentimizin mayın 8-9-da Moskvaya getməsi planlaşdırılır”.
Diplomat həmçinin bildirib ki, Qazaxıstan bu il Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək və müvafiq olaraq, bu formatlar çərçivəsində Qazaxıstan və Rusiya liderləri arasında da görüşlər keçiriləcək.
Qeyd edək ki, mayın 8-də Moskvada Aİİ-nin yubiley sammiti keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top