Tramp Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün plan hazırladı – KİV


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə sülh yolu ilə son qoymaq üçün plan hazırlayıb, lakin o hələlik ictimaiyyətə bunu elan etmək niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə günü “Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Bir plan var, lakin o, bunu müzakirə etmək niyyətində deyil, çünki o zaman bütün rıçaqları itirərsən”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, bunun əvəzinə Tramp münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan seçicilərin səsini qazanmağa çalışaraq, münaqişəni dayandıra biləcəyi ilə bağlı sadə mesaja diqqət yetirəcək.
“O, qırğını dayandırmaq istəyir. Əsas şüar budur: “Tramp qırğını dayandıracaq”, - deyə mənbə əlavə edib.
Qeyd edək ki, aprelin 7-də “The Washington Post” qəzeti də mənbələrə istinadla Trampın Ukraynadakı münaqişəyə son qoymaq üçün “gizli planını” açıqlamış, nəşrin mənbələrinin anonimliyi şərti ilə siyasətçinin Ukraynanı Rusiyaya ərazi güzəştlərinə getməyə təşviq etmək niyyətini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top