Mask xəbərdarlıq etdi – Dollar dəyərdən düşəcək


“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərdən düşəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında bildirib.
“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərdən düşəcək”, - deyə Mask yazıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, ABŞ-nin dövlət borcu 2024-cü ildə ÜDM-nin 123%-ni keçəcək və sonrakı illərdə artmaqda davam edəcək, 2029-cu ildə isə demək olar ki, 134%-ə çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top