“Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər:
“Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.