“WhatsApp”a daha bir funksiya gəlir


“WhatsApp” messencerində media fayllarına baxarkən reaksiya verməyə imkan verən yeni funksiya olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WhatsApp” portalı məlumat yayıb.
Məlumata görə, tətbiqin Android əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş beta versiyasında istifadəçiyə baxış ekranından çıxmadan foto və ya videoya reaksiya verməyə imkan verən variant əlavə edilib.
Messencer yaradıcılarının  fikrincə, bu funksiya istifadəçilərin vaxtına qənaət edəcək və tətbiqi onlar üçün daha da asanlaşdıracaq.
Yeni funksiyaya malik versiyanın yaxın vaxtlarda daha çox insanın istifadəsinə veriləcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl “WhatsApp”da həmsöhbətlərin bir-birinə video mesaj göndərməsi üçün yeni funksiya əlavə olunmuş və yeni funksiyanın daha sürətli mesaj mübadiləsinə kömək edəcəyi bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top