“Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər” – BMT


“Fələstin-İsrail münaqişəsinin aktiv fazası doqquz ay davam edərsə, Fələstində yoxsulluq səviyyəsi 60%-i keçə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Qəzza müharibəsi: Fələstin Dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatında məlumat verilib.
Məlumata görə, İsrail artıq 7 aya yaxındır ki, Qəzza zolağında aktiv döyüşlər aparır.
“Əgər müharibə doqquz ay davam edərsə və orta sinfin böyük hissəsini yoxsulluğa sövq edərsə, yoxsulluq səviyyəsinin 38,8%-dən 60,7%-ə yüksələcəyi proqnozlaşdırılır”, - sənəddə qeyd edilib.
Bu isə münaqişənin eskalasiyası başlayandan bəri təxminən 1,86 milyon fələstinlinin yoxsulluq həddinin altına düşməsi deməkdir.
Hesabat müəllifləri həmçinin qeyd ediblər ki, münaqişə işğal olunmuş Fələstin ərazilərində işsizliyin kəskin artmasına, Qəzza zolağında görünməmiş həddə çatmasına səbəb olub. Belə ki, 2024-cü ilin birinci rübünə olan məlumata görə, Fələstində işsizlik 57% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top