İran Britaniyanın müdafiə nazirinə də sanksiya tətbiq etdi


İran İsrail hərəkətlərinə dəstək verdiyi üçün Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsa, krallığın silahlı qüvvələrinin yüksək vəzifəli rəsmilərinə, İngiltərənin Kiprdəki Akrotiri hərbi bazasına və eləcə də, üç şirkətə qarşı sanksiya tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi rəsmi “Teleqram” kanalında bəyanat yayıb.
Bəyanatda deyilir ki, sanksiyalar regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı terror aktları törədilməsi, insan hüquqlarının sistematik şəkildə pozulması, müharibənin qızışdırılması, mülki əhaliyə qarşı ağır silahlardan və qadağan olunmuş döyüş sursatlarından istifadə olunması, Fələstin xalqının didərgin salınması, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmaların genişləndirilməsi prosesləri zamanı İsrail rejiminin hərəkətlərinə qəsdən dəstək verilməsinə görə tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top