Qəzzada son 24 saatda 33 fələstinli həlak oldu


İsrailin Qəzza zolağının müxtəlif hissələrini bombalaması və atəşə tutması nəticəsində son 24 saat ərzində ən azı 33 fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 33 fələstinli ölüb, 57 fələstinli yaralanıb”, - nazirliyin məlumatında bildirilib.
Nazirlik əlavə edib ki, İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı artaraq 34 568 nəfərə çatıb, daha 77 765 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top