Tbilisidə etiraz aksiyasında 63 nəfər saxlanıldı


Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamenti qarşısında keçirilən etiraz aksiyasında 63 nəfəri saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
“Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq hərəkətlərinə yol verdikləri və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar”, - Daraxvelidze bildirib.
O, həmçinin qeyd edib ki, aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb.
Daraxvelidze bildirib ki, etirazçılar aksiyanın keçirildiyi ərazidən kənarda qanunsuz hərəkətlər edib, aprelin 30-da plenar iclasın keçirildiyi parlament binasının çıxışlarını bağlamağa, polisə müxtəlif əşyalar atmağa və bənddə nəqliyyatın hərəkətinə mane olmağa cəhd ediblər.
Qeyd edək ki, Gürcüstanda bir neçə həftədir parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etməsinə qarşı etiraz aksiyaları keçirilir. Gürcüstan parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə üçüncü oxunuşda qəbul edilməlidir. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top