ABŞ Konqresi Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoydu


ABŞ Senatı çərşənbə axşamı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, iclas qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.
Bu təşəbbüs Konqresin Nümayəndələr Palatası tərəfindən də bəyənilib. İndi sənədi ABŞ Prezidenti Co Bayden imzalamalıdır. Ağ Ev qanun layihəsini dəstəklədiyini bildirib.
Qanun qüvvəyə mindikdən 90 gün sonra Rusiyanın ABŞ-yə uran idxalını qadağan edəcək və 2028-ci ilin yanvar ayına qədər müvəqqəti istisnalar olacaq.
Belə ki, təşəbbüs ABŞ-nin Energetika Nazirliyinə dövlət katibi və maliyyə naziri ilə razılaşdırmaqla Rusiya uranının ABŞ-nin mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalına imkan verəcək.
Sənəd həmçinin Energetika Nazirliyinə Rusiyadan uran tədarükünün dəyişdirilməsi variantlarını axtarmaq və Konqresə təqdim etmək vəzifəsi qoyur.
Qeyd edək ki, fevral ayında ABŞ Ticarət Departamenti Rusiyanın ABŞ-yə 1,2 milyard dollardan çox uran satdığını bildirib. Bu isə 2009-cu ildən bəri rekord kimi qiymətlənirilib.
Xatırladaq ki, Rusiya zənginləşdirilmiş uranı ABŞ-yə ixrac edən ölkələr arasında gəlir baxımından ilk yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top