“Avropa ödəməsə, mən də etməyəcəm”


“Avropa bizimlə eyni məbləğdə ödəməyə başlamasa, mən də ödəməyəcəyəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.
“Avropa bizimlə eyni məbləğdə ödəməyə başlamasa, mən də ödəməyəcəyəm. Avropa ödəməyəcəksə, biz niyə ödəməliyik?”, - eks-prezident bildirib.
Xatırladaq ki, fevralın 10-da Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istəyən Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən Amerika prezidenti olarkən NATO üzvü olan ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən birindən danışıb. Onun sözlərinə görə, o zaman xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün töhfələr ödəməsə, Rusiyadan ehtimal edilən təhlükə zamanı ABŞ-nin alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və üstəlik Rusiyanı istədiyini etməyə təşviq edəcəyini bildirib. Eks-prezident bu söhbətin nə vaxt və harada baş verdiyini, həmsöhbətinin kim olduğunu açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top