Ukraynada PUA-ların alınması üçün 392 milyon dollar ayırdı


Ukraynanın Nazirlər Kabineti pilotsuz təyyarələrin alınması üçün əlavə 392 milyon dollar ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasından sonra Teleqram kanalında yazıb.
“Bu gün Təhlükəsizlik və Müdafiə Qüvvələrimizə ayrılan vəsait hesabına 300 min pilotsuz uçuş aparatı veriləcək”, - məlumatda deyilir.
Qeyd edək ki, hökumət bu il pilotsuz təyyarələrin alınması üçün 1 milyard dollardan çox vəsait ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top