Baydenin oğlu “Fox News”u məhkəməyə vermək istəyir – KİV


ABŞ liderinin oğlu Hanter Bayden “Fox News” telekanalını böhtan atdığına, imicini istismar etdiyinə və qeyri-qanuni yolla əldə etdiyi fotoşəkilləri yaydığına görə məhkəmə işi ilə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sərəncamında müvafiq məktub olan “Axios” informasiya portalı məlumat yayıb.
Telekanala göndərilən sənəddə Hanter Baydenin hüquq qrupu “Fox News”a qarşı qaçılmaz məhkəmə iddiası gözlədiklərini qeyd edib və telekanalın aparıcılarından, o cümlədən Şon Henniti, Cessi Uoters və Mariya Bartiromodan proses zamanı tələb oluna biləcək sənədləri saxlamağı tələb edib.
Hüquqşünaslar həmçinin “Fox News”dan onun xarici biznes sövdələşmələri ilə bağlı altı hissədən ibarət olan “Hanter Baydenin Mühakiməsi” adlı xüsusi yumoristik proqramın efirdən çıxarılmasını tələb ediblər.
Portalın məlumatına görə, vəkillər “Fox News”dan aprelin 26-dək cavab tələb etsələr də, hələ ki, cavab ala bilməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top